Dünən ABŞ-ın Florida ştatını vuran Milton qasırğası nəticəsində azı 9 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu haqda məlumatı NBC telekanalı yayıb.
Daha əvvəl təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü bildirilirdi. Telekanalın məlumatına görə, Volusiya qraflığında daha 3 nəfər, bir gündə 45 sm yağışın yağdığı Sent-Pitersberq şəhərində isə daha iki nəfər ölüb.
XXX
18:59
"Milton" qasırğasının Florida ştatına çatmasından bir müddət əvvəl meydana gələn tornadolarda dörd nəfər həlak olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ölənlərin hamısı iki tornadonun baş verdiyi Sent-Lüsi qraflığında olub.
Bir çox ev və binalar, o cümlədən Port Sent-Lüsi şəhəri və ətraf ərazilər ciddi ziyan görüb.
3-cü kateqoriyaya aid olan "Milton" qasırğası Siesta-Ki yaxınlığına çatıb. Səhər qasırğa birinci kateqoriyaya qədər zəifləyib. Ştatın 3 milyondan çox sakini işıqsız qalıb.