Ucarda sərnişin daşıyan mikroavtobus aşıb, yaralananlar var. 

"Unikal"ın məlumatına görə, magistral yolda  1970-ci il təvəllüdlü Müslümov Mirqasım Müslüm oğlunun idarə etdiyi "Ford" markalı mikroavtobusun aşması nəticəsində yaralanan sürücü, 2010-cu il təvəllüdlü Qax rayon sakini Nəcəfli Gülsüm Natiq qızı, 1977-ci il təvəllüdlü Nəcəfova Kəmalə Ələsgər qızı və daha bir nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov