Məşhur türkiyəli müğənni Can Bonomonun böyük bacısı Funda Bonomo öz evində intihara cəhd edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxınları vəziyyətlə bağlı xəstəxanaya məlumat verib.
Xəbər verildikdən sonra hadisə yerinə həkim və polis briqadası göndərilib. Funda Bonomo İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicə altına alınıb.
Müalicəsi davam edən Funda Bonomonun həyatının təhlükədə olduğu bildirilib. Müğənni Can Bonomo sosial media hesabından paylaşdığı paylaşımda bacısının intihara cəhd etməsindən kədərləndiyini bildirib:
"Ailəmiz son vaxtlar çətin proses yaşayır. Erkən müdaxilə sayəsində bacımın vəziyyəti hazırda stabildir".