Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağıyev Böyük Qayıdışın doğurduğu yüksək əhval-ruhiyyəni ifadə etmək üçün özünün oxuduğu məşhur bir nəğmənin sözlərindən misal gətirir və deyir: “Bu bir ovuc qədər xoşbəxtlik yox e, bir qucaq sevincdir!” 

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq,  Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində  sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. 

Xalq artisti Mübariz Tağıyevin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.