28 yaşlı amerikalı jurnalist Ceremi Loffredo İranın oktyabrın 1-də İsrail hərbi obyektlərinə raket hücumunun nəticələri ilə bağlı məlumatları açıqlamaqda şübhəli bilinərək İsraildə saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Loffredonun materialları "The Grayzone" tərəfindən dərc olunub və o, "Fox News" kanalı ilə də əməkdaşlıq edib.
Aydın olur ki, jurnalist İran mərmilərinin İsrailin cənubundakı Nevatim aviabazasına və ölkənin mərkəzi hissəsindəki kəşfiyyat xidmətlərinin qərargahına dəyməsi ilə bağlı məlumat yayıb. O, İsrailin Qəzza zolağına zərbələr endirmək üçün Nevatim Hərbi Hava Qüvvələri bazasından istifadə etdiyini və İsrailin baş naziri Binyamin Netanyahunun istifadə etdiyi güman edilən şəxsi təyyarənin də orada yerləşdiyini bildirib.
Amerikalıya indi “müharibə zamanı düşmənə yardım etmək və düşməni informasiya ilə təmin etmək” ittihamı irəli sürülüb.