Rep ifaçısı P.Diddinin (əsl adı Şon Kombs) anası Cenis Kombs oğluna qarşı növbəti məhkəmə prosesinin təyin olunduğu məhkəmə iclasında iştirak edib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
84 yaşlı qadın camaatın qəzəbli qışqırtıları altında avtomobilindən düşərək başını aşağı salaraq məhkəmə binasına doğru gedib.
“Cenis, oğlun canavardır. Oğlunuz canavardır! Və o, həbs olunmağa layiqdir” deyə camaat arasından onun ardınca qışqırıblar.
Reperin qızları, 17 yaşlı Cessi Ceyms və D'Lyla Star məhkəmənin başlamasına bir neçə dəqiqə qalmış zalına daxil olublar. Onlar proseslə bağlı hər hansı şərh verməkdən imtina ediblər.
Bildirilir ki, insanlar reperin ailəsinə hücum ediblər. Ərazidə olan hüquq-mühafizə orqanları bunun qarşısını almağı bacarıb.