ABŞ-nin keçmiş prezidenti Barak Obama qaradərililəri Kamala Harrisə dəstək verməyə çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Obama Pensilvaniya ştatının Pittsburq şəhərindəki çıxışında ölkədəki qaradərili icmadan bəzi kişilərin "qadına səs verməkdən narahat olduğunu" müdafiə edib.
"Düşünürəm ki, siz qadının prezident olması fikrini həzm edə bilmirsiniz, ona görə də başqa alternativlərə müraciət edib bəhanələr tapırsınız.", -deyə Obama bildirib.
Bu vəziyyətin qəbuledilməz olduğunu bildirən Obama qaradərililəri Demokrat namizəd Harrisə səs verməyə çağırıb. Obamanın sözlərinə görə, Tramp yalnız eqosunu, statusunu və pulunu önəmsəyir.
Obama, Trampın Amerika xalqına daha yaxşı şeylər təklif edəcəyini düşünən insanları anlamadığını ifadə edərək, "Bu adamın özündən başqasını düşündüyünə dair heç bir dəlil yoxdur",- deyə əlavə edib.
Zərifə Nağıyeva