"Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada açıqladığı sülhlə bağlı fikirlər saxta və yalanın ifadəsidir".
Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, Paşinyan razılaşdırılmış 13 məsələ ətrafında sülh müqaviləsini hazırlamağa hazır olduğunu bildirir:
"Həm də qalan məsələlərin gələcəkdə müzakirə olunması üçün saxlanılmasını təklif edir. Sual olunur ki, əgər sülh istəyirsənsə, yerdə qalan 3 məsələni gələcəyə niyə saxlayırsan? Burada Paşinyanın hiyləgər yanaşması açıq şəkildə üzə çıxır. Yəni, Ermənistan razılaşdırılmış məsələlər ətrafında sülh müqaviləsini imzalamağa hazır olduğunu göstərməklə özünü sülhpərvər tərəf kimi nümayiş etdirməyə çalışır. Amma bilir ki, ölkəmizə qarşı ərazi iddiaları rəsmən davam etdikcə Ermənistanla sülh müqaviləsi imzalanmayacaq. Paşinyanın hərəkətləri sülh müqaviləsinin imzalanmasına yox, sülhdən uzaqlaşmasına xidmət edir".
Anar Kəlbiyev