Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən "Unikal"a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük zonasını tərk edərkən “Qırmızı kanala” yönləndirilib.
Gömrük nəzarəti zamanı həmin şəxsin gödəkçəsinin cibindən gömrük orqanına bəyan edilməyən 256 qram qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.