Yevlaxda fəhlə daşıyan avtobus minik maşını ilə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. "Daewoo" markalı fəhlə daşıyan avtobus arxadan "Ford" markalı minik maşınına çırpılıb. Qəza zamanı ilkin məlumata görə,  ciddi xəsarət alan olmasa da, avtomobillər ziyan görüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov