Yakutiyada An-3 yük-sərnişin təyyarəsi qəzaya uğrayıb. Sərt eniş nəticəsində ölənlər var. İlkin versiyaya görə, qəzaya səbəb mühərrikin sıradan çıxması olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Təyyarənin göyərtəsində beş nəfər - üç ekipaj üzvü və iki sərnişin olub.
Bölgədə Fövqəladə Hallar Nazirliyi bir nəfərin öldüyünü bildirir. İlkin məlumatlara görə, uçuş qızıl hasilatı şirkətlərindən birinin podratçıları tərəfindən həyata keçirilib. Təyyarə Olekminsk-Jeleznoqorsk-İlimski marşrutu ilə uçurmuş. An-3 təyyarəsi Borus Airlines şirkətinə məxsusdur.