Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq növbəti “WTT Youth Contender” turnirində iştirak edəcək.
Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə budəfəki yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Şəbnəm Mansurova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaq.
Qeyd edək ki, sabah start veriləcək yarışa oktyabrın 17-də yekun vurulacaq.