Rusiya Şimali Koreya vətəndaşlarını Ukrayna müharibəsində iştirak etmək üçün ordu sıralarına cəlb edir.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, belə bir bəyanatla Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.
“Biz görürük ki, Rusiya ilə Şimali Koreya kimi rejimlər arasında müttəfiqlik münasibətləri artmaqdadır, biz artıq təkcə silahların ötürülməsindən deyil, əslində insanların Şimali Koreyadan silahlı qüvvələrə köçürülməsindən danışırıq”, - deyə Ukrayna prezidenti bildirib.