Ufada 66 yaşlı şəhər sakini qonşusunu öldürmək üçün evində partlayış törədib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, o, yaşadığı mənzildə qaz borusunun tıxacını sökərək ədavətli olduğu qonşusunun ölümünə səbəb olmağa çalışıb. Lakin baş vermiş hadisədən özü xəsarət alıb.
66 yaşlı şəxslə bağlı cinayət işi açılıb.