Çində istehsal olunan və bir çox ölkədə satılan "Ecovacs Deebot X2" model robot tozsoranlar ABŞ-də bir çox evdə heklənib.
"Unikal" xəbər verir ki, heklənmiş tozsoranlar sahiblərini təhqir etməyə və ev heyvanlarını qovmağa başlayıblar.
Robot tozsoranı sındırılan ABŞ-li vəkil Daniel Svenson bildirib ki, televizora baxarkən tozsoran qəfil işə düşüb və onun dinamiklərindən qəribə səslər eşidilib.
Tozsoranının sındırıldığını anlayanda parolunu sıfırladığını bildirən Svenson, qısa müddətdən sonra robot tozsoranın yenidən hərəkətə keçdiyini və dinamiki vasitəsilə irqçi təhqirlər səsləndirməyə və ev heyvanını qovmağa başladığını bildirib.
Şirkətdən verilən açıqlamada, vəziyyətin öz sistemləri ilə deyil, müştərinin hesab məlumatlarının ələ keçirilməsi ilə bağlı olduğu bildirilib.
Şirkət, həmçinin, noyabr ayında çıxacaq yeniləmə ilə proqram təminatının daha etibarlı olacağını bildirib.
Zərifə Nağıyeva