Oğuzda qəza zamanı xəsarət alanların kimliyi məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, xəsarət alanlar 1961-ci il təvəllüdlü Rəhmətov Məhəmməd, Alamri Əhməd Hassan və ⁠Hakami Ali Qumayrıdır.

*** 18:12

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağı araşdırma aparılır.