Hindistanın Xarici İşlər Nazirliyi altı kanadalı diplomatın ölkədən çıxarılmasına qərar verib.
"Unikal" xəbər verir ki, Hindistan XİN-in bununla bağlı rəsmi saytında məlumat yayıb.
"Hindistan hökuməti altı kanadalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib", - nazirlik bildirib. Mesaja əlavə edilən adların siyahısına səfir səlahiyyətlərini icra edən Stüart Ross Uiler, həmçinin onun müavini və dörd birinci katib daxildir.
Onlardan 19 oktyabr 2024-cü il, şənbə günü saat 23:59-a qədər Hindistanı tərk etmələri istənilib.