Amerikalı reper və prodüser P.Diddiyə (əsl adı Şon Kombs) qarşı zorlama iddiası ilə bağlı yeni mülki iddialar Nyu-York məhkəməsinə verilib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bununla da Kombsa qarşı ümumilikdə 5 iddia qaldırılıb. Qeyd olunur ki, bütün hadisələr 1995-ci ildən 2021-ci ilə qədər baş verib. İddiaların birində, hadisə zamanı 19 yaşında olan qadın, musiqiçinin Manhettendəki bir otel otağında ona təcavüz etdiyini iddia edir.
Ərizəçilər zərərin ödənilməsini istəyirlər, lakin məbləğ göstərilmir.
Şon Kombs 2023-cü ildən bəri bir neçə dəfə zorakılıq və şantajda ittiham olunur. Ən çox rezonans doğuran hadisə sənətçinin keçmiş sevgilisi, müğənni Kassandra Ventura tərəfindən başladılıb. İddia geri götürüldüyü üçün iş məhkəməyə verilməyib. Sentyabrda “The New York Times” mənbələrə istinadən yazıb ki, P.Diddi zorakılıq və insan alverində ittiham olunduqdan sonra Nyu-York məhkəməsində nəzarətə götürülüb.
Onun vasitəsilə təcavüzə məruz qalan ifaçılardan biri də kanadalı müğənni Castin Biberdir.