Türkiyə 2023-cü ildə baş verən dağıdıcı zəlzələlər zamanı xüsusilə Azərbaycanın ona göstərdiyi yardımı unutmayacaq.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti əmin edib ki, Ankara da çətin anlarda dost ölkələrə dərhal kömək edəcək:

“Qardaşlarımıza kömək əlimizi uzadacağıq, bütün resurslarmızı səfərbər edəcəyik, yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq", ”.

Ərdoğan vurğulayıb ki, Türkiyə türk dünyası ilə əlaqələri, o cümlədən Türk Dövlətləri Təşkilatı vasitəsilə fəal şəkildə inkişaf etdirməyə davam edəcək.