Pakistanda Rusiya-Pakistan birgə “Dostluq 2024” taktiki təlimi başlayıb.

"Unikal" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir gün əvvəl Rusiya hərbi qulluqçuları Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının İl-76 təyyarəsi ilə təlim yerinə çatdırılıb.

Təlim zamanı hər iki ölkənin hərbi qulluqçuları qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi üzrə dağlıq ərazilərdə döyüş əməliyyatlarının aparılması, habelə dağlıq ərazilərdə kəşfiyyat, axtarış-kəşfiyyat və pusqu əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyəti məşq edəcəklər

Birgə taktiki təlim iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədi daşıyır.

Rusiya-Pakistan birgə “Dostluq” taktiki təlimi 2016-cı ildən keçirilir. Bu təlim 14-26 oktyabr tarixlərində Pakistandakı Pabbi Milli Antiterror Mərkəzində keçirilir.