Rusiyanın Norveçdəki səfirliyi Oslonun tələbi ilə diplomatik işçilərini ixtisar edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası "Telegram" kanalında məlumat yayıb.
“Norveç tərəfinin 2024-cü il oktyabrın 17-dək səfirliyin diplomatik heyətinin ixtisar edilməsi tələbi ilə əlaqədar konsulluq şöbəsində yalnız iki diplomat qalacaq”, - deyə məlumatda bildirilir.
Səfirlik əlavə edib ki, yaxın vaxtlarda konsulluq şöbəsinə getməyi planlaşdıran vətəndaşların müraciətlərini ləğv etmədən bütün növ xidmətlər üzrə konsulluq qəbulunun saxlanılması üçün tədbirlər görür. Eyni zamanda, bu idarənin məzuniyyətqabağı yaz dövründə yerlərdə konsul qəbullarının, evdə fərdi xidmətlərin (əhalinin həssas qrupları üçün) təşkili və ziyarətçilərin qəbul saatlarının genişləndirilməsi imkanları məhdudlaşdırılacaq.