Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Rusiya hökuməti tərəfindən idarə olunduğunu deyib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, hakim “Gürcü arzusu” partiyasını oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib: "Bu, sıradan bir seçki deyil, daha çox Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir".
Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.
O, həmçinin hakim partiyanı hökumət rəsmilərinə ona səs vermələri üçün təzyiq göstərməkdə, müxalifət fəallarına hücum etməkdə, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə günahlandırıb.
Ağarza Elçinoğlu