Altay Respublikasında 12 nəfərlik turist qrupu qaya uçqunu altında qalıb. Nəticədə bir qız ölüb, daha iki nəfər yaralanıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə bazar ertəsi, oktyabrın 14-də Kışxıştubeq çayının mənsəbində baş verib. Digər doqquz nəfər müayinə məqsədilə xəstəxanaya yerləşdirilib.