"NATO Kremlin hədələrindən qorxmayacaq və Kiyevə güclü dəstəyini davam etdirəcək".
"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Almaniyanın Visbaden şəhərində Alyansın Ukraynaya yardım koordinasiya missiyasına ilk səfəri zamanı deyib
"Vladimir Putinə mesaj ondan ibarətdir ki, biz davam edəcəyik, onun öz istəyinə çatmaması, Ukraynanın qalib gəlməsi üçün lazım olan hər şeyi edəcəyik”, - Rutte bildirib.
O vurğulayıb ki, NATO-nun Rusiya təhlükəsinin qarşısını almaq üçün lazım olan bütün qüvvə və vasitələrin olması çox vacibdir.