Əfqanıstanda "Taliban" administrasiyası sərt şəriət qaydalarını bir-bir tətbiq etməklə dünya ictimaiyyətinin diqqətini çəkib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Taliban" qadınların və qızların təkbaşına çölə çıxmasına və məktəbə getməsinə qadağa qoyub, qadınların qohumları olmayan kişilərin qarşısında danışmasını və hətta evlərində mahnı oxumasını qadağan edib.

"Taliban"ın bir müddət əvvəl elan etdiyi qaydalara görə, kişilərin qısa saqqal saxlaması tələb olunur və Qərb üslublu geyimlər tamamilə qadağandır. Kişilərə cins şalvar geyinmək və saç kəsdirmək qadağandır. Kişilərin öz arvadlarından və qohumlarından başqa qadınlara baxması da “islama zidd” sayılır.

"Taliban" bu yaxınlarda mediaya hər hansı canlının şəkillərini dərc etməyi qadağan edən yeni qanun elan edib. 

Fransanın AFP xəbər agentliyinə danışan Əxlaqın Müdafiəsi və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinin sözçüsü Seyful İslam Khyber, "Qanun bütün Əfqanıstan üçün etibarlıdır və mərhələli şəkildə tətbiq olunacaq" deyib.  Khyber, insanların və heyvanların şəkillərinin paylaşılmasının "İslam qanunlarına zidd" olduğunu ifadə edib.