Böyük Britaniyada iri mülk sahibi Peter Andreeviç 20 il əvvəl bütün əmlakını nişanlısı Maqali Montreuilə köçürdüyü üçün müflis olub.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məhkəmə onun 2 milyon funtdan çox əmlakı ilə bağlı qərara baxmaqdan imtina edib.
Məlumata görə, Andreeviç bütün əmlakını nişanlısına ötürüb ki, bu da onun sərvətinin həqiqi həcmini gizlətməyə və maliyyə risklərini azaltmağa kömək edib.
Andreeviç və Montreuil daha sonra evləndilər və 20 il evli qaldılar. Lakin onlar 2017-ci ildə boşandılar. İş adamı əmlakını geri tələb etməyə başlayanda keçmiş həyat yoldaşı onu qaytarmaqdan imtina edib. Milyonçunun sözlərinə görə, nəticədə o, hər şeyini itirib və indi oğlunun evində yaşamalı olur.
Ağarza Elçinoğlu