Şiə "Hizbullah" hərəkatının döyüşçüləri oktyabrın 15-də Təl-Əvivin ətrafına raket zərbələri endirib.

"Unikal" xəbər verir ki,bu barədə qurumun bəyanatında deyilir.

"İslam müqaviməti döyüşçüləri günorta saatlarında Təl-Əviv ətrafına bir sıra raket zərbələri endiriblər", – "Hizbullah"ın mətbuat xidməti bildirib.

Açıqlamaya görə, hərəkat Livanın şəhər və qəsəbələrinin bombalanmasına bu şəkildə cavab verib.