Mövcud beynəlxalq sistem qəsdən Qəzza zolağında soyqırımı dayandırmır, ərəb icması və Qərbdə baş verənlərin əleyhdarları acizdirlər.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi Fələstinin Gələcəyi Konfransında çıxışı zamanı deyib.
"Fələstində soyqırımı baş verir və dünya sistemi bunu qəsdən dayandırmır. Bu o demək deyil ki, Qərbdə insanların çoxu baş verənləri normal qəbul edir. Bizim Qərb ölkələrində, ABŞ-də, Avropada çoxlu dostlarımız var. Biz bilirik ki, onlar xoşuna gəlmir və bunu dayandırmaq istəyirlər, lakin dünya sistemi onu dayandıra bilməyəcək şəkildə qurulduğuna görə, soyqırım davam edir və baş verənlərin əleyhdarları bu faciənin qarşısını almaqda aciz, ümidsiz və təsirsiz görünürlər", - deyə XİN rəhbəri qeyd edib.
Nazir həmçinin bildirib ki, İsrail-Fələstin münaqişəsi və hərbi əməliyyatların Livan və Suriyaya ötürülməsi sırf regional münaqişə sayıla bilməz: "Bu, beynəlxalq, qlobal problemdir. Fələstin üçün yeganə həll yolu iki bərabər suveren dövlətin yaradılmasıdır. Netanyahunun son 20 ildəki hərəkətləri ona gətirib çıxarıb ki, iki dövlət həlli unudulub, amma biz Qəzzada iki müharibə gördük, üçüncüsünü də görürük və problem həll olunmasa, başqa ölkələrin iştirakı da daxil olmaqla, dördüncü müharibəni də görəcəyik".
Ağarza Elçinoğlu