Hindistanda baş verən hadisə ailə münaqişələrinin və yanlış qərarların necə faciəvi nəticələrə səbəb ola biləcəyini üzə çıxarıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətində yaşayan Alka Devi adlı qadın qızının eşq həyatından narahat olub və onu öldürməsi üçün qatil tutmaq qərarına gəlib.
Lakin ananın xəbəri olmadan tutduğu qatilin qızının sevgilisi olduğu məlum olub. Vəziyyətdən xəbər tutan sevgili ilə qızı ananın planını alt-üst ediblər. Onlar qadını boğaraq öldürüblər.
Hadisə ilə bağlı ananın həyat yoldaşı tərəfindən polisə məlumat verilib, daha sonra qız və sevgilisi həbs edilib.
Zərifə Nağıyeva