Avropa İttifaqının sanksiyalarından sonra Iran Avropaya uçuşları dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Qurumunun sözçüsü Cafer Yazerlu məlumat verib.
O, Avropa İttifaqının (Aİ) sanksiya qərarından sonra İran Hava Yollarının Avropa ölkələrinə uçuşlarının ləğv edildiyini bildirib.
Yazırlu, Aİ-nin "Iran Air, Mahan Air və Saha Airlines"-a qarşı sanksiya qərarından sonra, beynəlxalq qanunlara zidd olaraq, "Iran Air"eniş icazəsi ala bilmədiyi üçün Avropa ölkələrinə uçuşları ləğv edildiyini qeyd edib.
Zərifə Nağıyeva