Birləşmiş Ştatlar İran hökumətini respublikaçı Donald Trampa qarşı bütün sui-qəsdləri dayandırmağa çağırıb və Vaşinqtonun onun həyatına hər cür cəhdə müharibə aktı kimi baxacağını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” anonim amerikalı məmurun sözlərinə istinadən məlumat yayıb.
Jurnalistlərin həmsöhbəti bildirib ki, Amerika prezidenti Co Bayden mütəmadi olaraq təhdidlər barədə belə məlumat alır və öz komandasına İranın amerikalılara qarşı sui-qəsdləri ilə məşğul olmağı tapşırıb.
Rəsmi bildirib ki, Baydenin göstərişi ilə ABŞ rəsmiləri İran hökumətinin ən yüksək səviyyələrinə mesaj göndərərək Tehrana Trampa və keçmiş ABŞ rəsmilərinə qarşı bütün sui-qəsdləri dayandırması ilə bağlı xəbərdarlıq ediblər.