Rusiya Dövlət Dumasının qanun layihəsinə əsasən, Rusiyada miqrantların qondarma nikahlara girməsi qadağan ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sənəd valideyn hüquqlarına və övladlığa götürməyə də aiddir.
Qanun layihəsi parlamentin aşağı palatasının üçüncü və son oxunuşunda qəbul edilib.
Bildirilib ki, qanun qondarma nikahlardan istifadənin və qondarma atalığın müəyyən edilməsinin aradan qaldırılması baxımından miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsinə yönəlib.
Təşəbbüs xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasının ərazisində miqrasiya statusu almasının qarşısını almaq üçün nəzərdə tutulub.
Ağarza Elçinoğlu