Cəlilabad rayonunda zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Vurğulanıb ki, zəlzələlərin tədqiqatı bürosu Cəlilabad stansiyasından 14 km şərqdə, Cəlilabad rayonunda 3,6 bal gücündə zəlzələ qeydə alıb. Təbiət hadisəsi yerli vaxtla saat 19:03-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 36 kilometr olub. Zəlzələ hiss olunub.