"Yalı çapkını"nın yeni mövsümü başlayandan bəri aktyor Çetin Tekindorun serialında yer almaması sual yaradıb.
"Unikal" xəbər verir ki, 79 yaşlı aktyor həkimlərin məsləhəti ilə bir müddət çəkilişlərə ara verib. İlkin məlumata görə, artıq özünü yaxşı hiss edən Tekindor "Halis ağa" obrazı ilə yaxın bölümlərdə ekranda görünəcək.
Bundan başqa, serialda növbəti ayrılıq yaşanaq. Hələlik, həmin aktyorun kimliyi açıqlanmayıb.
Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır.