Demokratların prezidentliyə namizədi Kamala Harris "Bloomberg"ə müsahibə verməkdən imtina edib.
"Unikal" xəbər verir ki, bunu agentliyin baş redaktoru Con Mikletveyt K.Harrisin rəqibi, respublikaçıların prezidentliyə namizədi Donald Trampla müsahibədən əvvəl deyib: "Çikaqo İqtisadiyyat Klubu və Bloomberg birlikdə vitse-prezident Harrisi iqtisadi planları ilə bağlı oxşar müsahibəyə dəvət etdi. Lakin o müsahibədən imtina etdi".
Bundan əvvəl amerikalı milyarder və həftəlik Time jurnalının sahibi Mark Benioff Harrisin jurnala müsahibə verməkdən imtina etməsindən şikayətlənib. Onun sözlərinə görə, Time-ın çoxsaylı sorğuları və Kəmalə Harrislə müsahibə üçün müraciətləri hər hansı digər prezidentliyə namizədlə müsahibədən fərqli olaraq rədd edilib.