Türkiyənin Antalya vilayətində zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, vilayətdə yerləşən Kaş bölgəsindən 114 kilometr aralıda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Episentri Antalyanın Kaş rayonu sahillərində olan zəlzələnin yerin 23,5 kilometr dərinliyində baş verdiyi müəyyən edilib.