İngiltərə millisinin yeni baş məşqçisi bəlli olub.
"Unikal" "The Times" nəşrinə istinadən xəbər verir ki, bu, Tomas Tuheldir. 51 yaşlı almaniyalı mütəxəssis İngiltərə Futbol Federasiyası ilə razılıq əldə edib. Onun bu həftə ərzində müqavilə imzalayacağı və bunun rəsmi açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Tomas Tuhelin son iş yeri "Bavariya" klubu olub.