Məşhur aktrisa Gökçe Bahadırın başına iş gəlib.

"Unikal" xəbər verir ki, aktrisa əri Emir Ersoyun ad günündə tortun üzərindəki şamları üfürərkən saçları alışıb. Bahadır hadisədən son anda xəbər tutub. 

Qeyd edək ki, Gökçe Bahadır 2022-ci ildə İzmir Alaçatıda Əmir Ersoyla ailə həyatı qurub. Aktrisa iki mövsümdür "Ömer" serialında baş rolu canlandırır.