Tanınmış müğənni Hadisə baş rolda çəkildiyi "Esas Oğlan" serialının rejissoru Şenol Sönmezlə eşq yaşayır. 

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, Hadisə ötən axşam Beyoğluda baş tutan "Gəlin Komandası" filminin təqdimat mərasiminə rejissor Şenol Sönməz ilə qatılıb. Ortaq dostları Seda Bakanı tək buraxmaq istəməyən Hadisə və Şenol Sönməz filmə yan-yana baxsalar da, məkanı ayrı tərk etməyə üstünlük veriblər.

Qeyd edək ki,  müğənninin adı bundan əvvəl "Qalatasaray"ın baş məşqçisi Okan Burukla hallanırdı.