Ukrayna Ali Radası Volodimir Zelenskinin "Qələbə planı"nı yekdilliklə dəstəkləyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə spiker Ruslan Stefançuk məlumat yayıb. 

Onun sözlərinə görə, qərar prezident Volodimir Zelenski ilə iki saata yaxın davam edən müzakirələrin ardından qəbul edilib.

***13:33

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya “Qələbə planı”nı təqdim edib.

"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, Kiyevin müttəfiqləri oradakı tələbləri dəstəkləsələr, münaqişə “gələn ildən gec olmayaraq” başa çatacaq.  

"Plan dəstəklənsə, gələn ildən gec olmayaraq müharibəni bitirə bilərik", - deyə Zelenski Radada çıxışı zamanı bildirib.

Oktyabrın 17-də Ukrayna prezidenti Avropa Şurasına da “Qələbə planı”nı  təqdim edəcək.

Gülayə Mecid