Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələdi ilə təqsirləndirilən şəxs Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq Vüsal Rzayev şahid qismində ifadə verərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur: "Axşamüstü zəng gəldi bir xanımdan, uşağı xəstəxanaya aparmağımı istədi. Mən də sifariş verilən ünvana, yəni Binəqədi qəsəbəsinin girişinə getdim, gördüm bir oğlan uşağı gətirib verdi anasının qucağına. Xəstəxanaya gedib çatanda anaya məlum oldu ki, uşaq ölüb. Sonra polisə gedəndə Yaşarın adını eşitdim, dedilər ki, uşağı o öldürüb".
Sonra hakim tərəfindən dövlət ittihamçısının vəsatəti ilə şahidin istintaqda verdiyi ifadəsi elan olunub. Məlum olub ki, həmin gün qadın Vüsal Rzayevə deyib Yaşar adlı şəxs onu döyüb, uşağını da o öldürüb.
Hakim Novruz Kərimov bir neçə şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxartdı.
Məhkəmə prosesi 6 noyabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, azyaşlı 9 yaşlı uşağa işgəncə verməklə Əhmədzadə Əli Seyidvəli oğlunu isə qəsdən öldürüb.
Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.
Seymur Əli