Ukraynada “Ukrayna qalib gəlməlidir” sözləri getdikcə daha az eşidilməyə başladı.
"Unikal" xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Radada “qələbə planı”nı təqdim edərkən bu barədə şikayət edib.
"Qələbə bəziləri üçün yöndəmsiz bir sözə çevrildi", - deyə Zelenski ifadə edib.
Oktyabrın 16-da Belçikanın baş naziri səlahiyyətlərini icra edən Aleksandr De Kroo bildirib ki, Zelenskinin Ali Radada təqdim etdiyi “qələbə planı”nın uğuruna əmin deyil.