İsrailin hərəkətləri bölgəni hərtərəfli müharibə zonasına çevirə bilər.
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanının lideri Neçirvan Bərzani ilə görüşündə deyib.
Onun sözlərinə görə, Türkiyə bütün regionun sabitliyi və təhlükəsizliyinə böyük əhəmiyyət verir və İraq hakimiyyətinin ölkəni Yaxın Şərqdəki münaqişədən uzaq tutmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.