Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xəbərdarlıq edib ki, müxalifət parlament seçkilərində qalib gələrsə, ölkə Rusiya ilə qarşıdurmaya cəlb olunacaq.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ş.Papuaşvili jurnalistlərlə söhbətində bildirib.
“Aİ-nin qətnaməsində biz ilk olaraq Rusiyaya qarşı sanksiyaların elan edilməsi tələbini oxumuşuq. Bizə, dövlət rəsmilərinə bu barədə əvvəllər Avropa strukturlarından kənarda deyilmişdi. Müxalifət, şübhəsiz ki, bu tələbi yerinə yetirəcək və Rusiya ilə hərbi qarşıdurmaya səbəb olacaq”, - Papuaşvili qeyd edib.
O, seçiciləri “müharibəyə və ölkənin dağılmasına səs verməmək üçün məsuliyyətli qərar qəbul etməyə” çağırıb.