Ukraynadakı müharibədən qayıdan yüksək rütbəli rus zabiti Moskva vilayətində güllələnib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, ölən şəxs hərbi hissələrdən birinin komandirinin müavini, Xüsusi Əməliyyat Qüvvələrinin Təlim Mərkəzində xidmət edən Nikita Klenkov olub.
Melenki kəndində onun maşınına tapançadan atəş açılıb. Atəş açan şəxs qaçıb.