İran Silahlı Qüvvələri nüvə silahlarından daha güclü gizli silahlara malikdir.
"Unikal" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi, briqada generalı İbrahim Rüstəmi deyib.
“Hərbi potensialımızın bir hissəsini bir çox insanlar və bütövlükdə dünya görüb, amma heç kim onun gizli hissəsini görməyib, açıq şəkildə bəyan edirəm ki, bizim atom bombasından daha güclü silahımız var”, - Rüstəmi deyib.