Rejissor Klint İstvudun qızı, amerikalı aktrisa Françeska İstvud ailədaxili zorakılıqda şübhəli bilinərək Los-Ancelesdə həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb.
31 yaşlı qadın Beverli Hills polisinə onun haqqında şikayət daxil olduqdan sonra nəzarətə götürülüb. Məhkəmə İstvudun girov məbləğini 50 min dollar təyin edib.
Bundan əvvəl, 2015-ci ildə Françeska artıq sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılmışdı.