Tatarıstanın və RSFSR-in xalq artisti Rinat Tazetdinov 87 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Q.Kamal adına Tatar Dövlət Akademik Teatrının mətbuat xidməti məlumat yayıb.

O, Novo-tatar qəbiristanlığında dəfn olunacaq.

Tazetdinov 1938-ci il yanvarın 1-də Tatar Muxtar Sovet Sosialist Respublikasının Drojjanovski rayonunun Malaya Tsilna kəndində anadan olub. 1961-ci ildə Şçepkin adına Moskva Teatr Məktəbini bitirib. Elə həmin il Tatar Akademik Teatrının truppasına qəbul olunub. 

Tatarıstan Respublikası Teatr Xadimləri İttifaqının idarə heyətinin sədri olub. Tazetdinov SSRİ Dövlət Mükafatı və Rusiya Milli Teatr Mükafatı "Qızıl Maska" laureatı oldu.