Türkiyəli müğənni Umut Akyürek qızının psixoloji problemlərinin olduğunu və narkotikdən istifadə etdiyini bildirib.
"Unikal" xəbər verir ki, müğənni bununla bağlı İnstaqram hesabında video paylaşıb.
O, Daxili İşlər Nazirliyinə və Səhiyyə Nazirliyinə müraciət edərək kömək istəyib.
"Qızım narkotik aludçisidir. Hazırda böhran keçirir və mən özümü otağıma kilidləmişəm. Bundan əvvəl atasına bıçaqla hücum edib, məni döyüb. Polis hər dəfə gəlir, ifadəsi alınır, ancaq daha sonra eyni yerdən davam edir. Çox qorxuram. Kiməsə zərər verəcək, bizə zərər verəcək deyə qorxu içindəyəm", - deyə Akyürek bildirib.
O, daha sonra paylaşdığı videonu silib.