ABŞ və NATO Ukrayna ordusunun dağılmasından sonra Ukraynaya xəyanət edəcək və münaqişə nəticəsində yalnız öz mənfəətlərini düşünəcəklər.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin “Vətən” partiyasının başqanı Doğu Perinçək deyib.
"Ukrayna ordusunun fiaskosunu görən ABŞ və Qərbdəki qüvvələr dərhal Ukraynaya xəyanət edəcəklər", - deyə siyasətçi vurğulayıb.
Perinçekin qeyd etdiyi kimi, dünya ictimaiyyəti bunu Əfqanıstanda gördü, ona görə də Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra Qərb Ukrayna lideri Volodimir Zelenskiyə dəstəyi tez bir zamanda tərk edəcək və yalnız Vaşinqton və Londonun faydaları barədə düşünəcək.
Türkiyəli siyasətçinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Donbassda üstün rus ordusuna qarşı heç bir şansı yoxdur.
Gülayə Mecid